Bank Of Baku

Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası üzrə məhkəmə qətnaməsi yanvarın 15-də qəbul olunacaq

Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası üzrə məhkəmə qətnaməsi yanvarın 15-də qəbul olunacaq
# 12 yanvar 2007 15:51 (UTC +04:00)
Binəqədi rayon məhkəməsində Müstəqil Azərbaycan Universitetinin 125 tələbəsinin iddiası üzrə iclas keçirilib. Tələbələrin hüquqlarını müdafiə edən vəkil İntiqam Əliyevin APA-ya verdiyi məlumata görə iclasda prosesə cəlb olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi Nərminə Bayramova, MAU-nun təmsilçisi Zahir Səmədov və tələbələrin vəkili çıxış edib. Təhsil Nazirliyinin nümayəndələri isə məhkəmə iclasına gəlməyiblər. İ. Əliyevin sözlərinə görə, MAU-nun təmsilçisi də tələbələrin tələbinin haqlı olduğunu qeyd edib. Hakim Əhməd Sarıyev növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib və bu iclasda qətnamənin qəbul olunacağını bildirib. Qeyd edək ki, MAU tələbələri məhkəməyə etdiyi müraciətdə digər ali məktəblərə köçürülmələri və MAU-nun onlara kompensasiya ödəməsi ilə bağlı tələblər öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR