Bank Of Baku

ABA-CEELİ hüquqşünasları Əli Bayramlı QHT-ləri və sakinləri ilə görüşlər keçirir

ABA-CEELİ hüquqşünasları Əli Bayramlı QHT-ləri və  sakinləri ilə görüşlər keçirir
# 13 yanvar 2007 08:00 (UTC +04:00)
Amerika Hüquqşunaslar Assosasiyası (ABA-CEELİ) Hüquqi Yardım Mərkəzinin hüquqşünasları Əli Bayramlı şəhərində fəaliyyət göstərən QHT-ləri və sakinləri ilə görüşlər keçirir. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün Əli Bayaramlı şəhərində saat 10:00-dan başlayaraq ABA-CEELİ Səyyar Hüquqşünaslar Proqramı Layihəsi çərçivəsində yerli QHT nümayəndələri və şəhər sakinlərilə görüşlərə başlayıblar. Gün ərzində mərkəzin iki hüquqşünası vətəndaşların şikayətlərini dinləyəcək və onlara hüquqi yardımlar göstərəcək. Mərkəzin hüquqşünası Rövşən Əhmədovun bildirdiyinə görə, hər həftənin istirahət günləri respublikanın müxtəlif regionlarına ezam edilən hüquqşünaslar əsasən aztəminatlı sakinlərə xidmət göstərirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR