Bank Of Baku

Bakı şəhəri Nizami rayon məhkəməsinin yeni binasının açılış mərasimi keçirilib

Bakı şəhəri Nizami rayon məhkəməsinin yeni binasının açılış mərasimi keçirilib
# 13 yanvar 2007 08:15 (UTC +04:00)
Dünən Bakı şəhəri Nizami rayon məhkəməsinin yeni binasının açılış mərasimi keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkə başçısının tapşırığı ilə məhkəmə sisteminin müasirləşdirilməsi, məhkəmələrin maddi-texniki təminatının, iş şəraitinin yaxşılaşdırılması və ən müasir avadanlıqlarla təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində Azərbaycanda 7 yeni məhkəmə binası tikilib istifadəyə verilib, 40 bina əsaslı təmir edilib və texniki cəhətdən müasirləşdirilib. Ədliyyə Nazirliyi və Ali Məhkəmə rəhbərliyinin, hakimlərin, ədliyyə işçilərinin, digər hüquq-mühafizə orqanlarının, icra hakimiyyəti və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkədə aparılan məhkəmə-hüquq islahatı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimliyə namizədlərin demokratik və şəffaf üsullarla seçilməsi, eləcə də məhkəmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi üzrə görülən işlər barədə məlumat verib. Toplantıda vurğulanıb ki, bu sahədə görülən işlərin məhkəmələrdə fəaliyyətin daha da təkmilləşdirilərək, müasir tələblər səviyyəsində qurulmasına və bütövlükdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR