Bank Of Baku

2003-cü ildə itgin düşmüş Ağdam sakininin meyiti yaşadığı kənddən 500 metr aralıda tapılıb

2003-cü ildə itgin düşmüş Ağdam sakininin meyiti yaşadığı kənddən 500 metr aralıda tapılıb
# 13 yanvar 2007 09:21 (UTC +04:00)
Ağdamın Zəngişallı kənd sakini, 2003-cü ildə itgin düşmüş Azər Alxanovun meyiti yaşadığı kənddən 500 metr aralıda tapılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, artıq A.Alxanovu qatili tapılıb və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. A.Alxanovun həmkəndlisi, 1980-ci il təvəllüdlü Loğman Kərimov istintaqa verdiyi ifadədə bildirib ki, 2003-cü ilin martın 30-da onunla A.Alxanov arasında mübahisə baş verib. L.Kərimov çəkiclə Azərin başından vurduğunu və onu qətlə yetirdiyini etiraf edib. Həmin gecə o, Azərin meyitini evində saxlayıb və səhəri gün onu kənddən 500 metr aralıda basdırıb. A. Alxanovun qətlə yetirilməsi ilə bağlı məlumatın gizlədilməsində ittiham olunan mərhumun həyat yoldaşı Gülbəniz Alxanova da istintaqa cəlb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR