Bank Of Baku

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçiriləcək

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçiriləcək
# 13 yanvar 2007 09:37 (UTC +04:00)
20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar Lənkəranda müxtəlif tədbirlər həyata keçiriləcək. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib. Məlumata görə, şəhərin və rayonun bütün idarə və müəssisələrində, mədəniyyət və səhiyyə təşkilatlarında matəm mərasimləri təşkil olunacaq. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Şəhidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında qanlı hadisələri əks etdirən foto, rəsm, kitab və digər əyani vəsaitlərin sərgisi düzənlənəcək.
Yanvarın 19-da ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Humanitar Kollecdə və Tibb Texnikumunda ilk dərslər 20 Yanvar faciəsinə həsr olunacaq. Yanvarın 20-də ŞİH-in, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri rayonun Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Həmin günlərdə şəhid ailələrinə yardım və ianələr paylanacaq, məscidlərdə azadlıq mücahidlərinin ruhuna dualar oxunacaq, ehsan süfrələri açılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR