Bank Of Baku

Moskvada skinhedlər daha bir azərbaycanlını öldürüblər

Moskvada skinhedlər daha bir azərbaycanlını öldürüblər
# 13 yanvar 2007 09:48 (UTC +04:00)
Soydaşımız gecə saatlarında işlədiyi yeməkxanadan çıxaraq müvəqqəti yaşadığı evə getmək istəyərkən sxinhedlər yolunu kəsərək onu vəhşicəsinə döyüblər. Lənkəranın Gərmətük qəsəbə icra nümayəndəliyindən APA-nın cənub bürosuna verilən məlumata görə, N.Seyfullayev bir müddət Moskvada xəstəxanalarının birində müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Artıq N.Seyfullayevin cənazəsi Lənkərana gətirilərək Gərmətük qəsəbə qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, mərhum iki oğul atası idi. Oğlanlarından biri hazırda Azərbaycan Ordusu sıralarında xidmət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR