Bank Of Baku

Yanvarın 22-də Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən Mingəçevirin 4 polis əməkdaşı barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək

Yanvarın 22-də Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən Mingəçevirin 4 polis əməkdaşı barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək
# 13 yanvar 2007 09:51 (UTC +04:00)
Yanvarın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə Qarabağ müharibəsi iştirakçısı Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir şəhər Polis İdarəsinin 4 əməkdaşı barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib.
Xatırladaq ki, R.Əlişovun iyulun 25-də polis idarəsinin binasında döyülərək öldürülməsindən sonra daxili işlər nazirinin əmri ilə burada xidməti təhqiqat aparılıb. Təhqiqatın rəyindən sonra nazir Ramil Usubovun əmri ilə idarənin cinayət-axtarış bölməsinin rəisi İlqar Abbasov tutduğu vəzifədən və daxili işlər orqanlarından, bölmənin əməliyyat müvəkkili Elçin Musayev tutduğu vəzifədən azad edilib, 3 nəfər polis əməkdaşına isə töhmət verilib.
Bu cinayət işi üzrə İlqar Abbasov, Elçin Musayev, polis nəfərləri Ramiz Murquzov və Anar Həsənova Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR