Bank Of Baku

Narkotik maddə satan 6 nəfər həbs olunub

Narkotik maddə satan 6 nəfər həbs olunub
# 13 yanvar 2007 10:12 (UTC +04:00)
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Orta Oba kənd sakini Qədir Rzaxanov 5,7 qram marixuananı satarkən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Andrey Kondakovdan 0,84 qram tiryək, Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Ağabalayevdən 0,226 qram heroin, 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tərlan Əhmədovdan 0,94 qram, İlham Hüseynovdan isə 0,96 qram tiryək, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Teymur Mustafayevdən 1,019 qram tiryək və 1,026 qram heroin götürülüb. Adı çəkilən şəxslər barədə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR