Bank Of Baku

Özünü çilingər kimi təqdim edərək oğurluq etmiş şəxs yaxalanıb

Özünü çilingər kimi təqdim edərək oğurluq etmiş şəxs yaxalanıb
# 13 yanvar 2007 10:22 (UTC +04:00)
Ötən il dekabrın 30-da Nəsimi rayonu ərazisində oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ.Məmmədov özünü çilingər kimi təqdim edərək Nəsimi rayonu ərazisində yaşayan Kəmalə Ələkbərovanın mənzilinə daxil olub və ev sahibəsinə məxsus külli miqdarda qızıl əşyalar oğurlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR