Bank Of Baku

Azərbaycanlı alimin də müəllifi olduğu “Soft Kompütinq və onun biznes və iqtisadiyyatda tətbiqi” monoqrafiyası bestsellerə çevrilib

Azərbaycanlı alimin də müəllifi olduğu “Soft Kompütinq və onun biznes və iqtisadiyyatda tətbiqi” monoqrafiyası bestsellerə çevrilib
# 13 yanvar 2007 11:19 (UTC +04:00)
Professorlar Rafiq Əliyev (Azərbaycan), B.Fəzlullahi (ABŞ) və Rəşad Əliyevin (Şimali Kipr) Springer Verlag nəşriyyatında işıq üzü görmüş 450 səhifəlik “Soft Kompütinq və onun biznes və iqtisadiyyatda tətbiqi” monoqrafiyası (ingilis dilində) dünya elmi-texniki kitabları arasında bestsellerə çevrilib. Azərbaycan Dövlət Neft Akademiyasından APA-ya daxil olan məlumata görə, kitabda post-modern informasiya və hesablama texnologiyaları ilə bağlı nəzəri fikirlər öz əksini tapıb. Kitabda həmçinin Soft Kompütinq texnologiyasının, qeyri-səlis məntiq, neyrokompütinq, evolyusion hesablamalar, ehtimallı kompütinq, xaos nəzəriyyəsi və onların intellektual sinerjisinə əsaslanan neyro-fazzi, neyro-genetik, fazzi-neyro-genetik hibrid texnologiyaların əsası və fundamental problemlərə baxışlar elmi şəkildə izah olunub. Məlumatda bildirilir ki, “Soft Kompütinq və onun biznes və iqtisadiyyatda tətbiqi” monoqrafiyası 2001-ci ildə nəşr olunmuş “Soft Computing and its Applications” kitabının davamı hesab olunur. Bu kitab da uzun müddət elmi-texniki ədəbiyyatda bestsellerə çevrilərək 2-ci yerdə olub. Hər iki kitab Amerikanın, Avropanın, Asiyanın, Avstraliyanın aparıcı universitetlərində dərslik kimi öyrənilir və müvafiq ixtisaslar üzrə sillabuslara daxil edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR