Bank Of Baku

Bakıda Qərbi Azərbaycanın Zəngibasar mahalındakı Uluxanlı kənd orta məktəbinin 125 illik yubileyi qeyd olunub

Bakıda Qərbi Azərbaycanın Zəngibasar mahalındakı Uluxanlı kənd orta məktəbinin 125 illik yubileyi qeyd olunub
# 13 yanvar 2007 11:34 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyində Qərbi Azərbaycanın Zəngibasar mahalındakı Uluxanlı kənd orta məktəbinin 125 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, bir müddət əvvəl bir qrup ziyalı Uluxanlı kənd məktəbinin 125 illik yubileyinin qeyd edilməsi xahişi ilə ona müraciət edib: “Mən ziyalıların bu xahişini prezidentə çatdırdım. Dövlət başçısı, bu xahişə çox böyük diqqətlə yanaşdı və yubileyin yüksək səviyyədə qeyd edilməsi üçün tapşırıq verdi. Dekabrın 29-da prezidentin bununla bağlı xüsusi sərəncamı olub. Həmin sərəncamla Təhsil Nazirliyi və Nazirlər Kabinetinə tapşırılıb ki, bu tədbirləri keçirmək üçün tədbirlər planı hazırlansın və onu həyata keçirsin. Artıq bu tədbirlərə başlanılıb”.
Nazir əlavə edib ki, 107 il fəaliyyət göstərən Uluxanlı məktəbi azərbaycanlıların Ermənistandan departasiyası ilə bağlı 1988-ci ildən fəaliyyətini dayandırıb: “Cəlil Məmmədquluzadə Qori seminariyasını bitirdikdən sonra bu məktəbdə dərs deyib. Furidin Köçərli bu məktəbdə tədrisin təşkilində yaxından iştirak edib”.
Tədbirin sonunda M.Mərdanov məktəbin bir qrup müəllimini mükafatlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR