Bank Of Baku

Xalq şairi Nəbi Xəzri insult keçirib

Xalq şairi Nəbi Xəzri insult keçirib
# 13 yanvar 2007 11:31 (UTC +04:00)
Nəbi Xəzrinin oğlu Arzu Babayevin APA-ya verdiyi məlumata görə, həkimlər şairə işemik insult diaqnozu qoyublar. Mərkəzi Kilinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri, N. Xəzrinin həkimi Sədaqət Bəhri APA-ya açıqlamasında bildirib ki, N. Xəzri beyin qan dövranının kəskin işemik tipli pozulması diaqnozu ilə xəstəxanaya qəbul edilib. Onun sözlərinə görə, bu xəstəlik təkrarən baş verdiyindən o, koma vəziyyətindədir. Şair həm də şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Səhərə yaxın N. Xəzridə ürəyin fəaliyyətinin dayanması baş versə də, o, bu vəziyyətdən çıxarılıb. N. Xəzri hazırda reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub. Xəstənin vəziyyəti ağır olaraq qalır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR