Bank Of Baku

Bakıdan Gürcüstana hərəkət edən yük qatarının vaqonları dəmiryol xəttindən çıxaraq aşıb

Bakıdan Gürcüstana hərəkət edən yük qatarının vaqonları dəmiryol xəttindən çıxaraq aşıb
# 13 yanvar 2007 11:55 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində təxminən 25 30 ton xam neft ətrafa dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Hadisə yerinə əlavə qüvvələr cəlb olunur. Hazırda təhlükəsizliklə əlaqədar dəmiryolunda hərəkət müvəqqəti dayandırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qovlar stansiyasının rəisi Əli Əsgərov isə APA-ya açıqlamasında bildirib ki, hadisə zamanı ölən və xəsarət alan olmayıb. Rəis qəzanın səbəblərinin araşdırıldığını qeyd etməklə yanaşı ilkin versiyaya görə, qəza vaqonların birindəki texniki nasazlıq səbəbindən baş verib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR