Bank Of Baku

Tovuz rayonunda qatarın aşmasına texniki nasazlıq səbəb olub

Tovuz rayonunda qatarın aşmasına texniki nasazlıq səbəb olub
# 14 yanvar 2007 09:28 (UTC +04:00)
Onun sözlərinə görə qəzaya uğrayan vaqonlar Biləcəridəki təmir zavodunda yenicə rtəmirdən çıxıb: “Bundan öncə isə qırılmış təkər 1962-ci ildə Rusiyada təmir olub. Hadisə təkərin qırılması nəticəsində baş verib”. Dəmir Yolu İdarəsindən isə bildirilib ki, qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar öncə birtərəfli xəttin bərpasına başlanılacaq. Bundan sonra isə dəmiryol xəttində hərəkət bərpa olunacaq.
Qeyd edək ki, Tovuz rayonu Qovlar stansiyası yaxınlığında Bakıdan Gürcüstana hərəkət edən yük qatarının 25, 26, 27ci vaqonları dəmiryol xəttindən çıxaraq aşıb. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində təxminən 25 30 ton xam neft ətrafa dağılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı dərhal hadisə yerinə gəliblər. Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR