Bank Of Baku

Azərbaycanla Səudiyyə Ərəbistanının ali məktəbləri arasında tələbə mübadiləsi aparılacaq

Azərbaycanla Səudiyyə Ərəbistanının ali məktəbləri arasında tələbə mübadiləsi aparılacaq
# 15 yanvar 2007 11:10 (UTC +04:00)
“İmzalanan memorandum ali təhsil sisteminin bütün sahələrində qarşılıqlı əlaqələrin qurulmasına, ali məktəblərimiz arasında tələbə mübadiləsinin aparılmasına imkan verəcək. Yaradılacaq işçi qrupu qarşıya çıxan problemlərin həlli ilə məşğul olacaq”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı ilə elm və təhsil sahəsində əməkdaşlığa dair memorandumun imzalanmasından sonra bildirib. Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri Xalid Məhəmməd Əl-Ənqari isə ölkəsində Azərbaycan dilinə olan maraqdan danışıb: “Hazırda Səudiyyə Ərəbistanında Azərbaycan dili tədris olunmasa da, Azərbaycanla bağlı bütün məsələlərə böyük maraq var. Biz əlaqələrin dərinləşməsində maraqlayıq və öz tərəfimizdən bütün lazımi işləri görəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR