Bank Of Baku

Ali məktəblərdə keçirilən imtahanlarla bağlı Təhsil Nazirliyinin yaratdığı “qaynar xətt”ə 20-dən çox şikayət daxil olub

Ali məktəblərdə keçirilən imtahanlarla bağlı Təhsil Nazirliyinin yaratdığı “qaynar xətt”ə 20-dən çox şikayət daxil olub
# 15 yanvar 2007 11:26 (UTC +04:00)
“Ali məktəblərdə qış sessiyası imtahanları başlayandan bu günə qədər Təhsil Nazirliyinin yaratdığı “qaynar xətt”ə 20-dən artıq şikayət daxil olub”. Bunu APA-ya Təhsil Nazirliyinin Ali və orta ixtisas şöbəsinin müdiri İlham Mustafayev deyib. O bildirib ki, şikayətlərin hamısı anonim olduğundan lazımi tədbir görülməsi mümkün olmayıb. İ. Mustafayev bütün ali məktəblərdə imtahanların gedişinə nəzarət etmək üçün qərargahların yaradıldığını da deyib: “Müraciət edənlər adlarını deyirlər, sonradan boyunlarına almırlar və ya şikayətlər təsdiqini tapmır. Buna baxmayaraq, əməkdaşlarımız imtahanlar keçirilən ali məktəblərdə olur, baş verənlərlə bağlı məlumat toplayırlar”. İ. Mustafayev bir neçə gündən sonra monitorinqlə bağlı ümumiləşdirilmiş məlumat veriləcəyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR