Bank Of Baku

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib
# 15 yanvar 2007 11:44 (UTC +04:00)
Bu gecə Nərimanov rayonu ərazisində, Z. Bünyadov prospektində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Emin Cəfərovun idarə etdiyi “VAZ-21011” markalı və Yevlax rayon sakini Rəşad Şıxəliyevin idarə etdiyi “Tofaş” markalı maşınlar toqquşub. Nəticədə “Tofaş”ın sərnişini, Yevlax rayon sakini Günay Şahsuvarova aldığı xəsarətdən keçinib. Hər iki sürücü və “VAZ-21011”in sərnişinləri - Bakı şəhər sakinləri Ramin Ələkbərov və Zamir Aydınov ağır bədən xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyət orta-ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR