Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiası üzrə məhkəmə prosesi yenə təxirə salınıb

Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiası üzrə məhkəmə prosesi yenə təxirə salınıb
# 15 yanvar 2007 12:10 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrinin iddiası üzrə Binəqədi Rayon Məhkəməsində bu günə təyin olunmuş iclas təxirə salınıb. Bu barədə APA-ya məlumatı MAU-nun keçmiş tələbəsi Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, məhkəmə tələbələrin iddiası üzrə qəbul etdiyi qətnaməni bu gün elan etməli idi: “Amma məlum olmayan səbəblərə görə iclas başlanmadan təxirə salındı”. Növbəti iclas yanvarın 18-nə təyin olunub. Xatırladaq ki, MAU-ya 2004-cü ildə qəbul olmuş 125 tələbə digər ali məktəblərə köçürülmələri ilə bağlı məhkəməyə müraciət ediblər. İddia üzrə bu vaxta qədər bir neçə məhkəmə iclası keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR