Bank Of Baku

Tovuz rayonu Qovlar stansiyası yaxınlığında baş vermiş qatar qəzasının nəticələri aradan qaldırılıb, əraziyə dağılmış neft təmizlənib

Tovuz rayonu Qovlar stansiyası yaxınlığında baş vermiş qatar qəzasının nəticələri aradan qaldırılıb, əraziyə dağılmış neft təmizlənib
# 15 yanvar 2007 13:02 (UTC +04:00)
Tovuz rayonu Qovlar stansiyası yaxınlığında baş vermiş qəzanın nəticələri aradan qaldırılıb. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov APA-ya bildirib ki, vaqonların aşması nəticəsində əraziyə dağılmış neft artıq təmizlənib. Buna baxmayaraq, 3-4 ton itki olub. Hadisənin səbəbini müəyyənləşdirmək üçün hadisə yerində ADDY-nin ekspert qrupu tərəfindən araşdırma aparılır. Hadisə yerinə ADDY-nin rəis müavinləri də ezam olunub. Qovlar stansiyasının rəisi Əli Əsgərov APA-ya bildirib ki, qəzanın vaqonlardan birinin təkərində oxun qırılması səbəbindən baş verdiyi güman edilir. O, faktla bağlı cinayət işinin başlanmadığını bildirib. Qeyd edək ki, Tovuz rayonunun Qovlar stansiyası yaxınlığında Bakıdan Gürcüstana hərəkət edən yük qatarının 25, 26, 27-ci vaqonları dəmiryol xəttindən çıxaraq aşıb. Qəza nəticəsində təxminən 25-30 ton xam neft ətrafa dağılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR