Bank Of Baku

Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və Ramil Səfərovun ailəsinin məhkəmədəki nümayəndəsi İkram Şirinov Macarıstana yola düşüblər

Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və Ramil Səfərovun ailəsinin məhkəmədəki nümayəndəsi İkram Şirinov Macarıstana yola düşüblər
# 15 yanvar 2007 13:15 (UTC +04:00)
Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Azər Tağıyev və erməni zabitini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ailəsinin məhkəmədəki nümayəndəsi, vəkil İkram Şirinov bu gün Macarıstana yola düşüb. Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, A.Tağıyevin səfəri Macarıstan Vəkillər Kollegiyasının dəvəti ilə baş tutub. Yanvarın 20-dək davam edəcək səfər zamanı hər iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində görüşlər keçiriləcək. A.Tağıyev səfər çərçivəsində Budapeşt məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla və onun müdafiəsinin
səmərəli təşkili məqsədilə macar həmkarları ilə görüşəcək. Vəkil İ.Şirinov isə səfər müddətində Macarıstanın Apellyasiya Məhkəməsində işlərə baxılma qaydası ilə tanış olacaq, məhkəməyə hazırlıq məsələlərinin müzakirəsi üçün R.Səfərovla və onun macar vəkili ilə görüşəcək. Bundan başqa, Macarıstanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) ilə görüş də nəzərdə tutulub.
Qeyd edək ki, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin fevralın 22-də başlayacağı barədə zabitin ailəsinin məhkəmədəki nümayəndəsi rəsmi məhkəmə bildirişi alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR