Bank Of Baku

“Quş qripi” xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dən yanvarın 12-dək aparılan monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dən yanvarın 12-dək aparılan monitorinqin nəticələri açıqlanıb
# 15 yanvar 2007 13:23 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyinin yayılmasının qarşısını almaq üçün dekabrın 25-dən yanvarın 12-dək apardığı monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, monitorinq zamanı çöl və ev quşlarının nümunələrinin heç birində “quş qripi” xəstəliyinin daşıyıcısı aşkarlanmayıb. Y.Xanvəli bildirib ki, monitorinq zamanı köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdən seçmə üsulla ovlanmış 36 baş çöl və 10 baş ev quşunun patoloji materialı, 78 baş çöl quşunun qanı və ayrı-ayrı təsərrüfatlarından gətirilmiş 2454 baş ev quşunun nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. DBX “quş qripi” virusunun yayılmaması üçün sərhəd keçid məntəqələrində fəaliyyətini ciddi iş rejimində davam etdirir. Bundan başqa, xəstəlik baş verən ölkələrdən diri quş, quş məhsulları, yem və yem əlavələrinin gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR