Bank Of Baku

Cenevrə Konvensiyalarına Üçüncü Əlavə Protokol qüvvəyə minib

Cenevrə Konvensiyalarına Üçüncü Əlavə Protokol qüvvəyə minib
# 15 yanvar 2007 14:01 (UTC +04:00)
1949-cu il Cenevrə Konvensiyalarına Üçüncü Əlavə Protokol bu il yanvarın 14-də qüvvəyə minib. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası (BF) protokolun qüvvəyə minməsini alqışlayır. BQXK-dən APA-ya verilən məlumata görə, Üçüncü Protokol qırmızı xaç və qırmızı aypara ilə yanaşı, qırmızı büllur kimi tanınan əlavə qoruyucu emblemi təqdim edir. Qırmızı büllurun qəbul olunması Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının universallığını möhkəmləndirmək niyyətini bir daha təsdiqləyir. Burada əsas məqsəd humanitar yardımdan faydalanan və ya bu yardımı çatdıran bütün insanların müdafiəsini təmin etməkdir. Üçüncü Protokol 2005-ci ilin dekabrında Cenevrədə keçirilən diplomatik konfransda iştirak edən dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunub. 2006-cı ilin iyun ayında keçirilən XXIX Qırmızı Xaç və Qırmızı Aypara Beynəlxalq Konfransı Hərəkatın nizamnaməsinə düzəlişlər etməklə əlavə emblemi qəbul edib. Bu günədək Üçüncü Protokolu 84 dövlət imzalayıb, 9 dövlət isə sənədi ratifikasiya edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR