Bank Of Baku

“N” saylı hərbi hissəsinin komandiri Elxan Hüseynov həbsdən azad edilib

“N” saylı hərbi hissəsinin komandiri Elxan Hüseynov həbsdən azad edilib
# 15 yanvar 2007 15:08 (UTC +04:00)
Bu barədə APA-ya E.Hüseynovun vəkili Eyvaz Məmmədov verib. Apellyasiya Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə komandir barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. E.Hüseynov azadlığa buraxılıb. Vəkil bildirib ki, həbs-qətimkan tədbirinin dəyişdirilməsinə səbəb ittihamın əsassız olmasıdır: “Belə qərara gəlindi ki, Elxan Hüseynov həbsdə olmasa da obyektiv istintaq aparmaq mümkündür”. Qeyd edək ki, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunan E.Hüseynov ötən ilin sonunda həbs olunub. Bakı şəhər Hərbi Məhkəməsində onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onu da əlavə edək ki, ötən il dekabrın 7-də ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev E.Hüseynovun komandir olduğu hərbi hissədə xidmət edib. V.Qaracayev dekabrın 23-də əsirlikdən azad olunub. Hazırda onun əsir götürülməsi faktı üzrə araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR