Bank Of Baku

Ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirə keçirilib

Ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirə keçirilib
# 15 yanvar 2007 15:27 (UTC +04:00)
2006-2007-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan Bakı şəhər zona müşavirəsi keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov orta məktəblərdə tədrisin səviyyəsindən danışıb. O, ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə orta məktəbin buraxılış imtahanlarının qiymətlərində ciddi fərq olduğunu deyib: “Məktəb direktorları bu məsələyə diqqət yetirməlidirlər. Belə görünür ki, məktəbləri təmizləmək lazımdır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tədris ilinin nəticələri haqda məlumat verib. O, müqayisəli şəkildə aparılan tədqiqatların ürəkaçan olmadığını deyərək, bu məsələdə müəllimləri ittiham edib. Attestat qiymətləri ilə qəbul nəticələrinin üst-üstə düşmədiyini deyən M. Abbaszadə bəzi müəllimlərin qiymətləri şəxsi münasibətə görə yazdığını vurğulayıb. O, ən obyektiv qiymətləndirmənin riyaziyyat müəllimləri tərəfindən aparıldığını bildirib. M. Abbaszadə Neftçala rayonundan olan şagirdlərin digərlərinə nisbətən daha çox ali məktəblərə daxil olduğunu diqqətə çatdırıb: “Bu məlumat kimlərinsə etirazına səbəb ola bilər. Amma statistik müqayisə aparan zaman ölkədə ən çox ali məktəbə daxil olanların Neftçaladan olduğunu görərik. Bəziləri şəhərlə kəndin müqayisəolunmaz olduğunu deyə bilər. Bildirim ki, statistik hesablamada az və ya çox müqayisəsi yoxdur”. M. Abbaszadə Özəl Türk Liseylərinin səviyyəsindən də razılıq edib.
Müşavirədə iştirak edən müəllimlər M. Abbaszadənin açıqladığı statistik məlumatlardan narazı qalaraq, TQDK sədrinin fikirlərinin əsasız olduğunu sübut etməyə çalışıblar. Bəzi məktəb direktorları tədqiqatların yenidən aparılmasını təklif ediblər. Müəllimlər müqayisədən öncə regionların qruplaşdırılmasını daha uyğun metod sayıb. M. Mərdanov isə neqativ halların inkaredilməz olduğunu deyərək, statistik məlumatlardan nəticə çıxarmağı məqsədəuyğun hesab edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR