Bank Of Baku

Azərbaycanlı hacıların Ciddədə qalan əşyaları sabah Bakıya göndəriləcək

Azərbaycanlı hacıların Ciddədə qalan əşyaları sabah Bakıya göndəriləcək
# 15 yanvar 2007 15:31 (UTC +04:00)
Bir neçə gün əvvəl Həcc ziyarətindən vətənə qayıtmaqda problemlə üzləşən azərbaycanlı hacıların Ciddədə qalan əşyaları sabah Bakıya göndəriləcək. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin müşaviri Oqtay Qurbanov məlumat verib. Onun sözlərinə görə, hacıların əşyaları vətənə sabah Ciddə-Bakı marşrutu ilə həyata keçiriləcək təyyarə reysi ilə yola salınacaq: “Bu gün Ciddədəki hava limanına gedərək, məsələ ilə bir daha maraqlandım. Bu problem həll ediləcək və onların əşyaları olduğu kimi Bakıya çatdırılacaq”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya müsahibəsində vətənə dönüşündə texniki problemlər yaranan azərbaycanlı hacıların Bakıya qayıtmasına baxmayaraq, onların əşyalarının yaranan qarışıqlıq üzündən səhvən Ciddədə qaldığını, bəzilərinkinin isə Tacikistana aparıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR