Bank Of Baku

Erməni əsirliyindən qayıtmış Vüsal Qaracayev Hərbi Hospitalda müalicəsini davam etdirir

Erməni əsirliyindən qayıtmış Vüsal Qaracayev Hərbi Hospitalda müalicəsini davam etdirir
# 15 yanvar 2007 15:33 (UTC +04:00)
“Bakıya oğlumla görüşmək ümidi ilə getmişdim, lakin xüsusi icazəm olmadığından onunla görüşə bilmədim”. Bunu APA-nın Şəki-Zaqatala bürosuna erməni əsirliyindən qayıtmış Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevin anası Zeynəb Qaracayeva deyib. Onun sözlərinə görə, yanvar 9-da ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən övladı ilə görüşə biləcəyini deyərək, Bakıya dəvət ediblər: “ Yanvar 11-də isə Bakıda yaşayan qohumlarım mənə oğlumun Mərkəzi Hərbi Hospitalın dəri-zöhrəvi xəstəlikləri şöbəsində müalicə olunduğunu bildiriblər. Onlarla birgə Hərbi Hospitala getsək də, xəstəxanada bizə bildirdilər ki, oğlum xüsusi nəzarət altında müalicə keçdiyindən onunla görüşməyim üçün xüsusi icazə olmalıdır. Bu icazə olmadığından görüşə bilmədik”.
V. Qaracayevin Bakıda yaşayan qohumlarının APA-ya verdiyi məlumata görə, V. Qaracayev yanvarın 12-də hərbi hospitaldan ailəsinə məktub göndərib, hazırda məktub qohumlarındadır. Məktubda V. Qaracayev müalicəsinin uğurla davam etdiyini və özünü yaxşı hiss etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR