Bank Of Baku

Yanvarın 22-də insan alverində tibb işçiləri barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək

Yanvarın 22-də insan alverində tibb işçiləri barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək
# 15 yanvar 2007 16:06 (UTC +04:00)
Yanvarın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə insan alverində (Cinayət Məcəlləsinin 144-1.2.3-cü maddəsi) təqsirləndirilən tibb bacısı Ofeliya Səfərova barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Qeyd edək ki, O.Səfərova ilə bərabər “Zibaxanım” Klinikasının baş həkimi Zibaxanım Əsgərova da bu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Baş həkim Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, O.Səfərova Tatyana Leonidova adlı qadının klinikada doğuşunu təşkil edib. Ona uşağının ölü doğulduğunu deyən tibb bacısı sonradan uşağı 1000 dollara Azərbaycan vətəndaşına satıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR