Bank Of Baku

Natiq Əfəndiyev Ali Məhkəməyə müraciət edib

Natiq Əfəndiyev Ali Məhkəməyə müraciət edib
# 15 yanvar 2007 16:26 (UTC +04:00)
Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev Apellyasiya Məhkəməsində barəsində çıxarılan hökmlə bağlı Ali Məhkəməyə şikayət edilib. Bu barədə APA-ya N. Əfəndiyevin vəkili Vüqar Xasayev məlumat verilib. Vəkil bildirib ki, hələlik şikayətin hansı hakimin icraatına verildiyi məlum deyil. N. Əfəndiyevlə saxlanıldığı cəzaçəkmə müəssisəsində mütəmadi görüşdüyünü deyən vəkil sabiq rəisin səhhətinin normal olduğunu bildirib.
Qeyd edək ki, Daşkəsən Rayon Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 228.2-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham olunan N. Əfəndiyevin 5 il müddətinə həbs cəzasına məhkum olunması barədə qərar çıxarılıb. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR