Bank Of Baku

Balakəndə bəzi satış məntəqələrində çörəyin qiymətinin qaldırılması rayonun icra başçısının yanında müzakirə ediləcək

Balakəndə bəzi satış məntəqələrində çörəyin qiymətinin qaldırılması rayonun icra başçısının yanında müzakirə ediləcək
# 15 yanvar 2007 16:32 (UTC +04:00)
Balakən rayonundakı bəzi satış məntəqələrində çörəyin qiymətinin qaldırılması ilə bağlı məsələ yaxın günlərdə rayon İcra Hakimiyyəti başçısının yanında müzakirə ediləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna
Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, Balakən sakinlərinin APA-nın yerli bürosuna verdikləri məlumata görə,
artıq bir neçə gündür ki, rayonda çörək əvvəlki qiymətindən 10 qəpik baha satılır. Sakinlərin sözlərinə görə, 30 qəpiklik çörək 40 qəpiyə, 40 qəpiklik çörək isə 50 qəpiyə qaldırılıb. Rayon sakinləri bəzi çörək satış məntəqələrində isə çörəyin qiymətinin sabit qaldığını, əvəzində çəkinin azaldığını da vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR