Bank Of Baku

Vyetnam Hava Yollarına məxsus sərnişin təyyarəsi Heydər Əliyev Hava Limanına qəza enişi edib

Vyetnam Hava Yollarına məxsus sərnişin təyyarəsi Heydər Əliyev Hava Limanına qəza enişi edib
# 16 yanvar 2007 08:13 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” Dövlət Konserninin vətəndaşların təklif, ərizə və şikayətləri şöbəsinin rəisi Məhərrəm Səfərli məlumat verib. M. Səfərli bildirib ki, qəza enişinə səbəb təyyarənin komandir kabinəsinin şüşəsinin çatlaması olub. Təyyarədə 294 sərnişin və 17 ekipaj üzvü olub. M.Səfərli bildirib ki, bu gün səhər saat 06.19-da xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirliklərində müxtəlif ölkələrdən olan 250 sərnişinə viza açılıb. Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyət göstərmədiyindən bu ölkənin vətəndaşı olan 44 sərnişinə isə hələlik viza açılmayıb. M.Səfərlinin sözlərinə görə, bu gün 18.45 Vyetnam Hava Yolları əlavə təyyarə göndərərək sərnişinləri ünvanına çatdıracaq.
Qeyd edək ki, son bir həftə ərzində Heydər Əliyev Hava Limanına 3 məcburi qəza enişi edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR