Bank Of Baku

Ötən il Azərbaycanda vəkillərin sayı 137 nəfər artıb

Ötən il Azərbaycanda vəkillərin sayı 137 nəfər artıb
# 16 yanvar 2007 08:21 (UTC +04:00)
Ötən il vəkillərin sayı 137 nəfər artıb. Vəkillər Kollegiyasından (VK) APA-ya verilən məlumata görə, 2005-ci ildə Kollegiyanın 370 vəkil üzvü olub. Həmçinin həmin il kollegiyaya 36 lisenziyalı hüquqşünas üzv qəbul olunub. 2006-cı ildə isə vəkillərin sayı 543 nəfər olub. VK-dan verilən məlumata görə, bu il Kollegiyaya yeni üzvlərin qəbulu üçün imtahanlar keçiriləcək. İmtahanlarda 400-ə yaxın hüquqşünas iştirak edəcək. Ötən 2 il ərzində 3 vəkil məhkəmənin qərarı ilə Kollegiya üzvlüyündən çıxarılıb və onların vəkillik fəaliyyətinə xitam verilib. Bu müddətdə müxtəlif pozuntulara görə 8 vəkilə Rəyasət Heyətinin qərarı ilə töhmət verilib. Vəkillərlə bağlı şikayətlərin sayı çox olsa da, araşdırmalar zamanı onlar öz təsdiqini tapmayıb. VK-nın sədr müavini Aydın Axundovun sözlərinə görə, il ərzində vəkillər daha çox ev alqı-satqısı, icarəsi, qeyri-yaşayış sahələrinin istifadəsi ilə bağlı mülki mübahisələrə, dələduzluq cinayəti üzrə işlərə çıxıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR