Bank Of Baku

Həccdən qayıdan rusiyalı hacılar üç gündür Rusiya-Azərbaycan sərhədində saxlanılıblar

Həccdən qayıdan rusiyalı hacılar üç gündür Rusiya-Azərbaycan sərhədində saxlanılıblar
# 16 yanvar 2007 08:50 (UTC +04:00)
Həcc ziyarətindən qayıdan rusiyalı hacılar üç gündür Rusiya-Azərbaycan sərhədində saxlanılıblar. Dağıstanlı hacılar APA-nın Dağıstan bürosuna bildiriblər ki, Rusiya sərhədçiləri hacılardan gətirdikləri yüklərə görə 4 avro rüsum istəyir. Hacıların sözlərinə görə, onlar bir neçə ölkənin sərhədindən keçiblər və belə problemlə üzləşməyiblər. Hazırda Azərbaycan tərəfi məsələni Rusiya ilə aydınlaşdırır.
Qeyd edək ki, sərhəddə 100 avtobus saxlanılıb. Bu avtobuslarda müxtəlif millətlərdən olan 2 mindən çox sərnişin var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR