Bank Of Baku

Mingəçevir Avarçəkmə Bazası sökülür

Mingəçevir Avarçəkmə Bazası sökülür
# 16 yanvar 2007 11:01 (UTC +04:00)
Mingəçevir Avarçəkmə Bazasının sökülməsinə başlanıb. Bazanın Sovet dövründən qalan bir hissəsi istisna olmaqla, bütün infrastrukturu tamamilə söküləcək. Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu ildən bazanın beynəlxalq standartlara uyğun qurulmasına başlanacaq. Yenidənqurma işləri Serbiya tikinti şirkətlərindən birinə həvalə olunub. Bazada məşqlərin dayanmaması üçün 80 min ABŞ dolları dəyərində yeni qayıqlar və başqa avadanlıqlar alınıb.
Qeyd edək ki, Mingəçevir Avarçəkmə Bazası sovet dövründə nadir bazalardan hesab olunub. Çünki SSRİ ərazisində Kür çayından başqa bütün böyük axar su hövzələri qış mövsümündə donub. Bu səbəblə mütəxəssislər hesab edirlər ki, baza yenidən qurulduqdan sonra burada beynəlxalq yarışların keçirilməsinə imkan yaranacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR