Bank Of Baku

Naxçıvanda yeni məktəb və Konservatoriya binaları tikiləcək

Naxçıvanda yeni məktəb və Konservatoriya binaları tikiləcək
# 16 yanvar 2007 11:18 (UTC +04:00)
Naxçıvan şəhərinin Çənlibel məhəlləsində 14 saylı məktəb üçün yeni bina tikiləcək. APA-nın Naxçıvan bürosunun məlumatına görə, 1062 şagird yerlik dördmərtəbəli məktəb binasının tikintisini “Gəmiqaya LTD” şirkəti həyata keçirəcək. Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 2352 şagird yerlik 8 məktəb binası tikilib, 2800 şagird yerlik 6 məktəb binası isə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Yeni məktəb binalarının tikintisində Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəblər” proqramı ilə yaxından iştirak edib. Heydər Əliyev Fondunun vəsaiti hesabına Ordubad rayonunun Biləv kəndində 216, Şahbuz rayonunun Mahmudoba kəndində isə 144 şagird yerlik məktəb binaları tikilərək istifadəyə verilib. Bu il Naxçıvanın ən böyük ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin Konservatoriyası üçün müasir tələblərə cavab verən bina inşa ediləcək. Binanın cari ilin oktyabr ayına kimi sona çatdırılması planlaşdırılıb. Xatırladaq ki, son illər ərzində bu ali təhsil ocağının şəhərciyində hüquq, mühəndis və iqtisadiyyat korpusları, o cümlədən müasir idman kompleksi və 4 mərtəbədən ibarət Elektron Kitabxana tikilib istifadəyə verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR