Bank Of Baku

İrəvan bölgəsinin Loru-Pəmbək elində erməni millətçilərinin törətdiyi soyqırımla bağlı dəyirmi masa keçirilib

İrəvan bölgəsinin Loru-Pəmbək elində erməni millətçilərinin törətdiyi soyqırımla bağlı dəyirmi masa keçirilib
# 16 yanvar 2007 11:24 (UTC +04:00)
Soyqırım və İnsan Hüquqlarını Araşdırma Mərkəzi “İrəvan bölgəsinin Loru-Pəmbək elində erməni millətçiləri tərəfindən 1987-1991-ci illərdə törədilən Azərbaycan türklərinin soyqırımı” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə keçmiş millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, soyqırımın şahidi olmuş şəxslər və araşdırmaçılar iştirak edib. Mərkəzin rəhbəri Telman Qasımov ermənilərin Qərbi Azərbaycanda törətdiyi soyqırım nəticəsində 520 nəfərin qətlə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, bu faktlar ciddi şəkildə araşdırılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır.
Araşdırmaçı Sənubər Sarallı isə bildirib ki, məqsədli olaraq Qərbi Azərbaycanda yaşamış bir milyona qədər Azərbaycan türkünün sayı hər zaman 200 mindən aşağı göstərilib. S. Sarallı azərbaycanlıların sayı ilə bağlı zaman keçirilən siyahıyaalmalarda saxtakarlıqların edilməsi ilə bağlı faktların olduğunu bildirib. Keçmiş millət vəkili Maksim Musayev bu saxtalaşdırmalardan birinin şahidi olduğunu və bunun Əbdürrəhman Vəzirovun göstərişi ilə həyata keçirildiyini bildirib. Diaspora Mərkəzinin rəhbəri Rauf Zeyni isə soyqırımın Azərbaycanın sərhədlərindən kənara çıxmadığını və bunun həyata keçirilməsi üçün planlı iş aparmağın vacib olduğunu qeyd edib.
Tədbirin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqrım faktlarının tanınması xahiş edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR