Bank Of Baku

Təhsil Nazirliyi Beynəlxalq Universitetdə qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq keçirib

Təhsil Nazirliyi Beynəlxalq Universitetdə qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq keçirib
# 16 yanvar 2007 11:37 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetində (ABU) qış imtahan sessiyasının gedişi ilə bağlı Təhsil Nazirliyi tərəfindən monitorinq keçirilib. APA-nın məlumatına görə, mətbuat nümayəndələrinin də iştirakı ilə aparılan monitorinq zamanı universitetin hüquq, pedaqoji, beynəlxalq hüquq, riyaziyyat və informatika, jurnalistika, regionşünaslıq, vergi işinin təşkili və idarə edilməsi fakültələrində imtahanların gedişi müşahidə edilib. İmtahana davamiyyətlə yanaşı, tələbələrin bilik səviyyəsi də yoxlanılıb. Məlum olub ki, bəzi tələbələr təhsil haqqını ödəmədiyindən imtahanlara buraxılmayıblar. Riyaziyyat və informatika fakültəsində imtahan prosesi müasir üsulla keçirilib. Bu fakültədə tələbələr bilgisayar vasitəsi ilə imtahan verir, cavablar mərkəzləşdirilmiş kompüterə göndərilir. ABU-da həmçinin “Universitet köşkü” adlı mərkəz də yaradılıb. Bunun sayəsində isə ali məktəbdə gedən bütün imtahan prosesi haqda məlumat almaq mümkündür. ABU-nun rektoru Elşad Abdullayev imtahan prosesində neqativ halların qarşısının alınması üçün ali məktəbdə qərargah yaradıldığını deyib. O, ABU-nun Münaqişə Komissiyasının da bu prosesə nəzarət etdiyini söyləyib.
Qeyd edək ki, monitorinq nəticəsində ciddi neqativ hala rast gəlinməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR