Bank Of Baku

Baş redaktorlar qəzetlərin qiymətini artırmaq məsələsində razılığa gələ bilməyiblər

Baş redaktorlar qəzetlərin qiymətini artırmaq məsələsində razılığa gələ bilməyiblər
# 16 yanvar 2007 11:38 (UTC +04:00)
Qəzetlərin satış qiymətlərinin artırılması ilə bağlı baş redaktorlar vahid qərar qəbul edə bilməyiblər. “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin APA-ya verdiyi məlumata görə, bəzi qəzetlərin baş redaktorları qiyməti qaldırmadığı üçün bu barədə ümumi qərar qəbul edilməyib: “Redaktorların iclasında təklif etdim ki, əgər qiyməti qaldırırıqsa, bütün qəzetlər bu qərara qoşulsun. Ayrı-ayrılıqda bu addımı atmaq düzgün deyil”. Baş redaktor onu da qeyd edib ki, o, enerji daşıyıcılarının qiymətinin aşağı endiriləcəyinə ümid edir. Buna görə də 10 gün müddətində gözləmək qərarındadır. Qiymətlər endirilməyəcəyi halda E. Fətullayev rəhbərlik etdiyi qəzetlərin qiymətinin artırılacağını deyib.
“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da bəzi qəzetlərin redaktorlarının hələ tərəddüd etdiyini və buna görə də ümumi qərarın qəbul olunmadığını bildirib. Onun sözlərinə görə, bütün qəzetlər qiymətini qaldırmayacağı halda qiyməti artmış qəzetin tirajı xeyli aşağı düşəcək. Buna görə də o, baş redaktorların müzakirələri davam etdirəcəyini deyib.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə ümumiyyətlə, bu müzakirələrdə iştirak etmədiyini bildirib. Bundan sonrakı müzakirələrə qatılacağını deyən Q. Zahid yaxın günlərdə qəzet yayıcıları ilə redaktorlar arasında görüşün olacağını qeyd edib: “Bundan sonra qiymətin artırılıb-artırılmayacağı halda konkret qərar verəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR