Bank Of Baku

Lənkəran Özəl Türk Liseyinin yataqxanasında yanğın baş verib

Lənkəran Özəl Türk Liseyinin yataqxanasında yanğın baş verib
# 16 yanvar 2007 12:35 (UTC +04:00)
Lənkəran Özəl Türk Liseyinin sahəsi 600 kvadratmetr olan 4 mərtəbəli yataqxanasında yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, yanğın nəticəsində binanın çardaq hissəsi də daxil olmaqla 60 kvadratmetrlik sahə yanaraq yararsız hala düşüb. Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin əməkdaşları hadisə yerinə gələrək yataqxana sakinlərini evakuasiya ediblər. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın yataqxananın mətbəxində maye qaz balonunun partlaması nəticəsində baş verib. Faktla bağlı təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR