Bank Of Baku

Rusiya bazarları boşalır

Rusiya bazarları boşalır
# 16 yanvar 2007 12:35 (UTC +04:00)
Yanvarın 15-də yerli bazarlarda reyd keçirən idarənin əməkdaşları heç bir miqranta rast gəlməyiblər. Federal Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti şöbəsinin Primorye diyarı üzrə idarəsinin baş müfəttişi Andrey Vajenin bildirib ki, belə bir nəticə onlar üçün gözlənilməz olub: “Güman edirəm ki, bazarların rəhbərləri özlərini sığortalamaq məqsədilə satıcıları ərazidən uzaqlaşdırıblar”. Analoji hal Rusiyanın başqa şəhərlərində də müşahidə edilir. Məsələn, Vladivostokun Sportivnaya küçəsindəki bazar boşalıb. Ussuriyskdə “Drujba” bazarı fəaliyyətini dayandırıb. Nijnı Novqorod, Tver, Krasnoyarsk, Krasnodar, Murmansk və Sankt-Peterburq bazarlarında da seyrəklik yaranıb. Qeyd edək ki, yanvarın 15-də qüvvəyə minən yeni miqrasiya qanunvericiliyinə əsasən Rusiya ərazisindəki bazarlarda çalışanlar arasında xarici vətəndaşların payı 40 faizdən çox olmamalıdır. Aprelin 1-dən etibarən isə bazarlarda yalnız Rusiya vətəndaşları işləyə biləcək. Qanunu pozan sahibkarları 230-800 min rubl məbləğində pul cəriməsi gözləyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR