Bank Of Baku

Bu il əvvəlindən Azərbaycan ərazisində baş vermiş 132 texnogen hadisə nəticəsində 16 nəfər xəsarət alıb, 4 nəfər həlak olub, 149 nəfər xilas edilib

Bu il əvvəlindən Azərbaycan ərazisində baş vermiş 132 texnogen hadisə nəticəsində 16 nəfər xəsarət alıb, 4 nəfər həlak olub, 149 nəfər xilas edilib
# 16 yanvar 2007 12:55 (UTC +04:00)
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən məlumat verilib. Qeydə alınmış hadisələrin 4-ü partlayış, 1-i uçqun, 127-si yanğınla bağlıdır. Bu hadisələrin 95-i fərdi, 4-ü dövlət yaşayış binalarında, 15-i özəl, 14-ü dövlət müəssisələrində, 4-ü isə avtomobillərdə baş verib. Hadisələr nəticəsində 16 nəfər xəsarət alıb, 4 nəfər həlak olub, 149 nəfər xilas edilib. 7 çoxmənzilli və fərdi yaşayış binası, 121 otaq, 1 mənzil, 2 dövlət, 1 özəl müəssisə, 2 texnika, 60 baş iri və xırda buynuzlu heyvan mühafizə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR