Bank Of Baku

Korrupsiyaya qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatlarının məlumat və əməkdaşlıq Şəbəkəsi 2006-cı ildə fəaliyyəti ilə bağlı hesabat hazırlayıb

Korrupsiyaya qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatlarının məlumat və əməkdaşlıq Şəbəkəsi 2006-cı ildə fəaliyyəti ilə bağlı hesabat hazırlayıb
# 16 yanvar 2007 12:58 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatlarının məlumat və əməkdaşlıq Şəbəkəsi 2006-cı ildə fəaliyyəti ilə bağlı hesabat hazırlayıb. Şəbəkədən APA-ya daxil olan məlumata görə, qurumun başlıca məqsədləri cəmiyyətin korrupsiyaya qarşı mübarizəyə səfərbər olunmasında iştirak etmək, korrupsiyaya qarşı mübarizə sahəsində QHT-lərin və dövlət strukturların səylərinin əlaqələndirilməsi, onlar arasında daha sıx əməkdaşlığa nail olmaq, informasiya mübadiləsi təşkil etmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil etməkdir. Ötən il ərzində Şəbəkənin Fəaliyyət Planı qəbul olunub. İyulun 1-də Şəbəkənin təşəbbüsü ilə parlamentdə müzakirə olunan “Vəzifəli şəxslərin etik davranış qaydaları” haqqında qanun layihəsinin ictimai dinləmələri keçirilib. Bu qanun layihəsi parlamentdə ikinci oxunuşdan keçib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yanında Qanunvericiliyin Təkmilləşdirilməsi üzrə İşçi qrup bu qanun layihəsinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlayıb və rəy verilməsi üçün Avropa Şurasına göndərib. Azərbaycan təcrübəsində ilk dəfə olaraq parlamentin müzakirəsinə təqdim olunmamışdan əvvəl İşçi Qrupun hazırladığı “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” qanun layihəsinin ictimai dinləmələrini təşkil edib. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsinin təşəbbüsü ilə dekabrın 20-də “Korrupsiyaya qarşı mübarizə insan hüquqlarının müdafiəsi vasitəsi kimi” mövzusunda dəyirmi masa keçirilib.
Şəbəkədən bildiriblər ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi, antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və yeni qanunların qəbulu ilə bağlı təkliflər hazırlanmasını, hökumətin antikorrupsiya tədbirlərinin ictimai müzakirələrini keçirilməsini planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR