Bank Of Baku

15 yaşlı Biləsuvar sakini qətlə yetirilib

15 yaşlı Biləsuvar sakini qətlə yetirilib
# 16 yanvar 2007 12:59 (UTC +04:00)
Yanvarın 14-də Biləsuvar rayonunun Əsgərabad kənd sakini, 15 yaşlı İlkin Xəlil oğlu İbrahimov evdən çıxaraq bir daha geri qayıtmayıb. APA-nın cənub bürosunun məlumatına görə, İlkinin valideynləri təşvişə düşərək rayon Polis Şöbəsinə müraciət ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Riyad” təhlükəsizlik firmasının Biləsuvar filialının əməkdaşı, 1984-cü il təvəllüdlü Elbrus Səhrəng oğlu Sultanov şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, itkin düşmüş İlkin İbrahimov həqiqətən də Elbrus Sultanov və Biləsuvardakı “AVA” mebel şirkətinin icraçı direktoru, 1990-cı il təvəllüdlü Xəqani Vaqif oğlu Əsgərzadə tərəfindən küt alətlə qətlə yetirilərək elə firmanın həyətindəcə basdırılıb. E. Sultanov ifadəsində bildirib ki, İlkin İbrahimov vaxtaşırı mebel şirkətindən oğurluq etdiyi üçün cəzalandırılıb. Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR