Bank Of Baku

Rusiyadan Lənkərana daha bir cənazə gətirilib

Rusiyadan Lənkərana daha bir cənazə gətirilib
# 16 yanvar 2007 13:07 (UTC +04:00)
Rusiyanın Tümen vilayətindən Lənkəranın Liman şəhərinə daha bir cənazə gətirilib. Tümendə intihar etmiş 1972-ci il təvəllüdlü Şakir İsaq oğlu Cabbarov şəhər qəbiristanlıqda dəfn olunub. APA-nın cənub bürosunun məlumatına görə, mərhum Şakir Cabbarov böyük qardaşı, 1970-ci il təvəllüdlü Əflatun Cabbarovla birlikdə Rusiyanın Tümen vilayətində biznes fəaliyyəti ilə məşğul olub. Bir müddət əvvəl qardaşlar arasında mübahisə düşüb və Şakir Cabbarov qardaşına bir neçə bıçaq zərbəsi endirib. Huşunu itirmiş qardaşının öldüyünü zənn edən Şakir Cabbarov peşmançılıq hissi keçirərək, özünü asaraq intihar edib. Yaralanmış Əflatun Cabbarov hazırda Tümendə xəstəxanaların birində müalicə olunur, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR