Bank Of Baku

Moldovada qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanıb

Moldovada qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanıb
# 16 yanvar 2007 14:21 (UTC +04:00)
Moldova polisi Kişinyovda qanunsuz ticarətlə məşğul olan 16 nəfər Azərbaycan, Ermənistan, Özbəkistan və Qırğızıstan vətəndaşını saxlayıb. APA-nın məlumatına görə, saxlanan şəxslər xarici vətəndaşlara işləmək hüququ verən sənədə malik olmadıqları halda ticarət fəaliyyəti ilə məşğul olublar. Saxlanan şəxslər 90 dollar cərimə edildikdən sonra ölkə ərazisindən çıxarılacaq. Yerli qanunvericiliyə əsasən, deportasiya olunan şəxslər üç il ərzində Moldova ərazisinə daxil ola bilməzlər. Ötən il Moldova ərazisində xarici vətəndaşların qanunsuz əmək fəaliyyəti ilə məşğul olmasına dair 295 fakt aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR