Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Bu il televiziya və radioların fəaliyyəti üzərində nəzarət daha da gücləndiriləcək”

Nuşirəvan Məhərrəmli: “Bu il televiziya və radioların fəaliyyəti üzərində nəzarət daha da gücləndiriləcək”
# 16 yanvar 2007 14:40 (UTC +04:00)
“Bu il üçün prioritetimiz televiziya və radioların fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaqdır”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, qurumun qarşısında duran əsas vəzifələrdən biri regionlarda televiziyaların sayını artırmaq və bu sahədə boşluqları aradan qaldırmaqdır. Onun sözlərinə görə, bu il televiziya və radioların fəaliyyəti üzərində nəzarət daha da gücləndiriləcək: “Qanunvericiliyin tələblərini pozan hər televiziya və radioya qarşı sərt cəzalar tətbiq ediləcək. Maddi-texniki bazanın gücləndirilməsi istiqamətində də səylər artırılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR