Bank Of Baku

Samuxda iki nəfər konservləşdirilmiş badımcan turşusundan zəhərlənərək ölüb

Samuxda iki nəfər konservləşdirilmiş badımcan turşusundan zəhərlənərək ölüb
# 16 yanvar 2007 14:44 (UTC +04:00)
Xəstələr dərhal Gəncə şəhər yoluxucu xəstəliklər xəstəxanasına gətirilib və onlara ilkin tibbi yardım göstərilib. APA-nın Qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1987-ci il təvəllüdlü Əsgərov Elmir Qurban oğlunun həyatını xilas etmək mümkün olmayıb. Ailənin digər üzvü, 1985-ci il təvəllüdlü Əsgərova Esmira Qurban qızı da xəstəxanada keçinib. Vəfat edən şəxslərin anası, 1957-ci il təvəllüdlü İsmayılova Gülzar Mürvan qızı hazırda ciddi həkim nəzarəti altındadır. Xəstəxananın baş həkimi İlqar Hüseynovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə xəstənin vəziyyəti normallaşıb, onun həyatı üçün heç bir təhlükə yoxdur. Samux rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, icra hakimiyyəti başçısı Vilyam Hacıyev bədbəxt hadisə ilə bağlı ölənlərin ailəsinə baş çəkib və onlara maddi yardım göstərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR