Bank Of Baku

1 Saylı Yerli İqtisad Məhkəməsi Xaqani-33 ünvanından çıxarılmış qurumların iddia ərizəsini qəbul etməkdən imtina edib

1 Saylı Yerli İqtisad Məhkəməsi Xaqani-33 ünvanından çıxarılmış qurumların iddia ərizəsini qəbul etməkdən imtina edib
# 17 yanvar 2007 15:58 (UTC +04:00)
1 Saylı Yerli İqtisad Məhkəməsi Xaqani-33 ünvanından çıxarılmış ictimai təşkilatların və media qurumlarının Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) və Ədliyyə Nazirliyinə (ƏN) qarşı iddia ərizəsini qəbul etməkdən imtina edib. Bu barədə APA-ya AXCP-nin mətbuat xidmətindən məlumat daxil olub. Məhkəmənin hakimi iddia tələbinin predmetinə görə İqtisad Məhkəməsinə yox, ümumi məhkəmələrə aid olduğunu bildirib. AXCP sədrinin müşaviri, hüquqşünas Tofiq Quliyev mətbuat xidmətinə bildirib ki, iddia ərizəsini hazırlayan təşkilatlar yenidən ümumi məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, iddia ərizəsini “Azadlıq”, “Bizim yol” qəzetləri, “Yeni Nəsl” Jurnalistlər Birliyi, Azərbaycan Demokratiyanın İnkişafı Fondu və digər təşkilatlar hazırlayıblar. Onlar məhkəmədən əmlakları Xaqani-33 ünvandan çıxarılarkən BŞBPİ və ƏN əməkdaşlarının yol verdikləri qanuna zidd hərəkətlərin müəyyən edilməsini xahiş ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR