Bank Of Baku

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə “N” saylı hərbi hissənin sabiq komandirinin məhkəmə prosesi keçirilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə “N” saylı hərbi hissənin sabiq komandirinin məhkəmə prosesi keçirilib
# 17 yanvar 2007 16:37 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Xanlar rayonunda yerləşən “N” saylı hərbi hissənin sabiq komandiri, polkovnik-leytenant Qılman Məmməd oğlu Eyvazov və həmin hərbi hissənin komendant taqımının komandiri, gizir Rauf Ələs oğlu Zeynalovun işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı Toğrul Hüseynov ittiham aktını elan edib. İttiham aktına görə, sabiq hərbi hissə komandiri Q. Eyvazov tabeliyində olan Rauf Zeynalovla cinayət əlaqəsinə girərək 2006-cı ilin aprel ayında hərbi xidmətə çağırılan və hərbi hissəyə daxil olan gənc əsgərlərin hərbi hissənin digər bölmələrinə salınmaları üçün rüşvət almaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, R. Zeynalov gənc əsgərlərin yanına gələn valideynləri ilə görüşüb və onlara övladlarının 300 ABŞ dollarına hərbi hissənin başqa-başqa bölmələrinə salınmaları üçün rüşvət vermələrini təklif edib. İttiham aktında qeyd olunur ki, Rauf Zeynalov bu əməllərini həyata keçirməklə ayrı-ayrı əsgərlərdən rüşvət alıb sabiq hərbi hissə komandirinə çatdırıb. Təqsirləndirilən hərbiçilər ümumilikdə 2100 ABŞ dolları və 202 AZN məbləğində rüşvət alıblar. İttiham aktına görə, cinayətlərdən zərərçəkənlərin sayı 22 nəfərdir. Dövlət ittihamçılarının çıxışından sonra təqsirləndirilən şəxs qismində Q. Eyvazov və R. Zeynalov ifadə veriblər. Onlar verilən ittihamlar üzrə özlərini qismən təqsirli biliblər. Bundan sonra məhkəmədə cinayət işi üzrə şahid qismində tanınan 8 nəfər ifadə verib. Proses yanvarın 18-də davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR