Bank Of Baku

“Din və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib

“Din və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib
# 17 yanvar 2007 16:38 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Aparatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Din və insan hüquqları” mövzusunda dəyirmi masa keçirib. Bu barədə APA-ya məlumat Ombudsman Aparatından daxil olub. Məlumata görə, tədbirdə müvəkkil E. Süleymanova “Din və insan hüquqları kontekstində Ombudsmanın fəaliyyəti” mövzusunda çıxış edərək, Azərbaycanın polietnik, çoxmillətli ölkə olduğunu, burada təxminən 80-dən çox etnosun yaşadığını, bu faktların azsaylı xalqlara və etnik qruplara olan diqqətin təzahürü kimi səciyyələndirildiyini vurğulayıb. O, Azərbaycan dövlətinin bütün dinlər üçün bərabər imkanlar yaratdığını, milli, dini, irqi, etnik münasibətlərin beynəlxalq hüquqa uyğun tənzimləndiyini diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə “Azərbaycanda tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyətini, Azərbaycanda bütün dinlərə bərabərhüquqlu şərait yaradıldığını, müxtəlif konfessiyaların öz dini bayram və mərasimlərini sərbəst qeyd etdiyini, ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR