Bank Of Baku

“İlham Əliyev Gədəbəydə” adlı kitabın təqdimat mərasimi keçirilib

“İlham Əliyev Gədəbəydə” adlı kitabın təqdimat mərasimi keçirilib
# 17 yanvar 2007 16:38 (UTC +04:00)
“İlham Əliyev Gədəbəydə” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə kitabın əhəmiyyətindən danışıb: “2006-cı ilin noyabrında dövlət başçısı İlham Əliyev Gədəbəyə səfər edib. Bu səfər rayonun həyatında dərin iz buraxdığından, bununla bağlı kitab nəşr etmək qərarına gəldik. Qeyd edim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Gədəbəyə gələn yeganə prezident İlham Əliyevdir”. K. Rzazadə səfərdən sonra rayonun sosial-iqtisadi həyatına baş verən müsbət hadisələrdən də danışıb. Onun sözlərinə görə, 2007-ci il Gədəbəy üçün uğurlu olacaq. Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov, Zahid Oruc və şair İlyas Tapdıq isə prezidentin səmimiliyini əks etdirən kitabın nəşrinin uğurlu istəyə xidmət etdiyini deyiblər. Çıxış edənlər belə nəşrlərin sayının artmasına da ümid etdiklərini də söyləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR